Qazaxıstanın BRICS-ə tərəfdaş ölkə statusu alması təsdiqlənib.
Bunu TASS-a Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
“Başlanğıc üçün, biz BRİCS-in tərəfdaş ölkəsi statusunu aldıq, bu, artıq böyük bir addımdır”, - deyə o bildirib.
O daha sonra sözlərinə belə davam edib: "İndiyə qədər biz üzvlük üçün müraciət etməkdən çəkinmişik və vurğulayıram ki, bu barədə mediada əsassız təlqinlər var. Biz milli maraqlarımıza cavab verən bütün məhsuldar BRİCS təşəbbüslərini dəstəkləməyə hazırıq. Ölkəmiz təşkilatın inkişafını yaxından izləməyə və məhsuldar dialoqu gücləndirməyə davam edəcək”.