Özbəkistanda parlament seçkilərində seçici fəallığı tələb olunan həddi keçərək 47,62 %-ə çatıb.
Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Bahrom Kuçkarov mətbuat mərkəzində keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, seçici fəallığı seçkilərin baş tutmuş kimi tanınması üçün tələb olunan 33 %-lik həddi keçib.
Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda parlamentin aşağı palatası - Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.
150 deputatdan 75-i birmandatlı seçki dairələri üzrə seçicilərin konkret namizədlər üçün verdiyi səslər əsasında aşağı palataya seçiləcək, qalan 75 nəfər isə vahid seçki dairəsi üzrə siyasi partiyalara verilən səslərin sayına proporsional olaraq partiya siyahıları üzrə seçiləcək.