Infoteka.az
Siyasət

Serbiyalı nazir: "Ölkəmiz heç vaxt NATO üzvü olmayacaq"

"Serbiya 1999-cu ildə Şimali Atlantika Alyansının (NATO) bombardmanlarının nəticələrini xatırlayır və heç vaxt bu təşkilata qoşulmayacaq".

Bunu Serbiya hökumətində beynəlxalq iqtisadi əməkdaşlığa məsul nazir Nenad Popoviç deyib.

O, 25 il əvvəl Serbiya sakinlərinin NATO-nun bombardmanının qurbanı olduqlarını və Belqradın tamamilə dağıldığını xatırladıb.

"Bundan sonra da sizi əmin edirəm ki, Serbiya heç vaxt NATO-nun üzvü olmayacaq. Biz müstəqil və azad siyasət yürüdürük", - deyə nazir vurğulayıb.

Infoteka.az