Litvada keçirilən parlament seçkilərinin ikinci turunda seçki məntəqələrinin 99%-də səslər hesablandıqdan sonra Sosial Demokrat Partiyası qalib gəlib.
Bu barədə RİA Novosti Litvanın Baş Seçki Komissiyasının məlumatlarına istinadən məlumat yayıb.
Bununla da Sosial Demokratlar 141 mandatdan 52-ni qazanıb.
Qeyd edilir ki, partiya 37 birmandatlı dairədən 32-də qalib gəlib.