Almaniya Ukrayna vətəndaşlarının ölkəyə girişini kütləvi şəkildə rədd edir.
Bu barədə Bild nəşri məlumat yayıb.
Məlumata görə, Almaniya 2024-cü ilin əvvəlindən 5935 Ukrayna vətəndaşını ölkəyə buraxmayıb.
Söhbət Almaniyada yaşamaq hüququ olmayan və ya ondan məhrum edilmiş ukraynalılardan gedir.
Eyni zamanda qeyd olunur ki, bu müddət ərzində 4708 suriyalı və 2396 əfqanın Almaniyaya girişinə icazə verilməyib.