"Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfəri zamanı hava limanında qarşılanmaması ilə bağlı xəbərlər yalandır".
Bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer brifinqdə deyib.
Onun sözlərinə görə, video Çində deyil, Malayziyada çəkilib.
"Anlaşılmazlıq səbəbindən təyyarə səhv yerdə dayanıb. Bu səhvə görə nazirlə görüşən Malayziya rəsmilərinin nümayəndələri bir az uzaqda yerləşdirilib və Berbok qarşılanmaq üçün bir neçə addım getməli olub", - o bildirib.
Məlumata görə, Berbokun Malayziyaya səfəri 2024-cü ilin yanvarında baş tutub. Almaniyanın xarici işlər naziri Çinə apreldə səfər edib.
Xatırladaq ki, dünən xarici KİV-də Çinə səfərə gedən Almaniya xarici işlər naziri Annalena Berboku hava limanında heç kimin qarşılamadığı ilə bağlı məlumat yayılıb. Buna səbəb kimi isə Berbokun daha əvvəl Çin lideri Si Cinpinlə bağlı verdiyi açıqlamalar göstərilib.
Dünya