İsrail Prezidenti İsxak Hersoq noyabrda Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında İsraili təmsil edəcəyini bildirib.
Bu barədə o, Prezident iqamətgahında İsrail nümayəndə heyəti ilə görüşündə bildirib.
İsrailin Baş nazir Benyamin Netanyahunun isə COP29-da iştirakı gözlənilmir.
Qeyd edilib ki, Hersoq ABŞ səfərindən sonra COP29-a qatılacaq.