İndiki zamanda Azərbaycanla sülh sazişi ilə bağlı bütün maddələrin razılaşdırılması üçün imkanlar var.
Bunu Ermənistan Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan Kazanda Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi belə görüşləri dialoq üçün müsbət dəyərləndirir.
"Biz yaxın zamanda baş verən proseslərin və sülh müqaviləsinin imzalanmasının reallığa çevrilməsi üçün hazırıq. Düşünürəm ki, bu cür əlaqələr faydalıdır" - deyə Arutyunyan qeyd edib.
O, sülh müqaviləsinin qalan maddələrinin razılaşdırılması üçün imkan olduğunu da vurğulayıb.
Ermənistanın Bakuda keçiriləcək COP29 sammitində iştirakına gəlincə, Arutyunyan bildirib ki, bu qərara bir çox amillər təsir edə bilər.
Xatırladaq ki, Ermənistanın "Hraparak" nəşri bu gün dərc etdiyi materialında yazıb ki, xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək sammitdə iştirak etmək niyyətindədir.
Ancaq hələlik bununla bağlı rəsmi İrəvan açıqlama verməyib.
Siyasət