Infoteka.az
Siyasət

Ukrayna və Rusiya enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı danışıqlara başlayıb

Rusiya və Ukrayna enerji infrastrukturuna qarşılıqlı hücumların dayandırılması ilə bağlı danışıqlar aparır.

Bu barədə "Financial Times" qəzeti vəziyyətlə tanış olan diplomata istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, tərəflər avqustda razılaşmaya yaxın olublar, lakin Kiyevin bu ilin avqustunda Kursk vilayətinə müdaxiləsi bütün səyləri puç edib.

"Nəyinsə yenidən başlanması ilə bağlı çox erkən danışıqlar gedir. Hazırda enerji obyektləri ilə bağlı danışıqlar aparılır", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, son həftələrdə enerji sistemlərinə hücumların tezliyi azalıb. Diplomat hesab edir ki, bunun səbəbi müəyyən razılaşmanın əldə olunmasıdır.

Infoteka.az