Infoteka.az
Dünya

Avropa Komissiyası Aİ-yə qəbulla bağlı Gürcüstanla danışıqlardan imtina etdi

Avropa Komissiyası Tbilisinin siyasi kursunun dəyişdirilməsini tələb edərək, Gürcüstanla Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq tövsiyəsini verməkdən imtina edib.

Bu barədə Avropa Komissiyasının Brüsseldə dərc edilmiş namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair illik hesabatında qeyd edilib.

“Əgər Gürcüstan öz kursunu dəyişməsə, bu, onun Aİ-yə gedən yolunu sarsıdacaq. Həmçinin əsas islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün görünən səylər nümayiş etdirməsə, Avropa Komissiyası Gürcüstanla danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, - sənəddə deyilir.  

Qeyd edilib ki, Avropa Komissiyasının tövsiyəsi namizəd ölkənin qəbulu ilə bağlı danışıqlara başlamaq üçün əsas addımdır.

Infoteka.az