Tbilisi istəsə, Rusiya və Gürcüstan diplomatik münasibətləri bərpa edəcək, lakin hələlik hakim Gürcüstan partiyası bunu istəmir.
Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Bizim üçün bu Gürcüstan hakimiyyəti ilə Gürcüstanın hakim partiyası bir-birinə yaxın deyillər. Onlar tamamilə fərqli fikirlərlə çıxış edirlər. Hətta diplomatik münasibətləri bərpa etmək istəmirlər. Bu, gələcəyin məsələsidir: əgər nə vaxtsa onu bərpa etmək istəsələr, biz onu bərpa edəcəyik. Əslinə qalsa diplomatik əlaqələr olmadan da əməkdaşlıq edə bilərik”, - deyə Medvedev RT telekanalına müsahibəsi zamanı bildirib.