Bu gün Moldovada prezident seçkilərinin ikinci turu keçirilir.
Seçkilərin ikinci turu hazırkı prezident Maya Sandu və Moldovanın keçmiş baş prokuroru Aleksandr Stoyanoqlo arasında keçiriləcək.
Xatırladaq ki, oktyabrın 20-də keçirilən seçkilərin birinci turunda 11 namizəd iştirak edib.
Sandu 42,49%, Stoyanoqlo isə 25,95% səs toplamışdı.