Infoteka.az
İdman

"Sabah" Murad Musayevlə yeni müqavilə imzaladı

"Sabah" baş məşqçisi Murad Musayevlə müqaviləsini uzadıb.

İnfoteka.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 38 yaşlı mütəxəssislə 2024-cü ilin may ayınadək sözləşmə imzalanıb.

Qeyd edək ki, Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi. 

Bu mövsüm Premyer Liqada "Sabah" Murad Musayevin rəhbərliyi altında 11 oyundan 28 xal toplayıb. Komanda ehtiyatda bir matçı da olan lider "Qarabağ"dan 2 xal geri qalır.

Infoteka.az