Bakı şəhəri, Xocalı prospektində, metronun "Xətai" stansiyasının qarşısındakı yolda işıqfor aşaraq yararsız hala düşüb.
"Güclü külək səbəbindən sözügedən ərazidə işıqfor dirəyi aşıb".
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov deyib.
O qeyd edib ki, qurum əməkdaşları tərəfindən aşan işıqfor ərazidən götürülüb və yerində yeni işıqforun quraşdırılması işləri aparılır.
Aygün Mirakif