İnfoteka.az xəbər verir ki, bu gün Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” növbəti matçına çıxıb.
Ağdam klubu Fransada “Nant”la üz-üzə gəlib. Bakıda bu rəqibini 3:0 hesabı ilə məğlub edən “Qarabağ”a qrupdan çıxmaq üçün heç-heçə də kifayət edirdi. Ancaq Ağdam təmsilçisi 90+4-cü dəqiqədə rəqibin vurduğu qolla 1:2 hesabı ilə məğlub olub.
27 oktyabr
Avropa Liqası
G qrupu, 5-ci tur
"Nant" (Fransa) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Lüdovik Blas, 16 (1:0), Filip Ozobiç, 56-pen (1:1), Banaqo, 90+4 (2:1)
Baş hakim: Yakob Kehlet (Danimarka)