Infoteka.az
Sosial

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq

8 Noyabr - Zəfər Günü münasibəti ilə Bakıda təşkil ediləcək konsert proqramı və atəşfəşanlıq üçün hazırlıq işləri aparılır.

Bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.

Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanındakı səhnədə hazırlıq işləri aparılır.

Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.

Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.

Infoteka.az