Çexiya prezidenti Petr Pavel Praqa Müdafiə Sammiti beynəlxalq konfransının açılış mərasimində Avropa dövlətlərini müdafiə xərclərini artırmağa çağırıb.
Bu barədə “CTK” agentliyi məlumat yayıb.
Pavel NATO-ya üzv dövlətlər arasında hərbi koordinasiya və texnoloji qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsini zəruri hesab edir.
Bundan əlavə, o, Ukraynaya hərtərəfli dəstək verməyə çağırıb.