Infoteka.az
Siyasət

COP29-un Prezidentindən iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı ÇAĞIRIŞ

"COP29 çərçivəsində 2030-cu ilədək hədəflərin müəyyənləşdirilməsi də vacib məqamlardandır".

Bunu COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılış mərasimindəki nitqində deyib.

Muxtar Babayev iştirakçı ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə çağırıb:

"Azərbaycan iqlim dəyişikliyi sahəsindəki nəhəng problemi həll etməklə, digər ölkələrə nümunə olmağı hədəfləyir. İqlim dəyişikliyi problemi ilə üzləşən bütün dövlətlər bizdən konkret nəticələr gözləyir. Gəlin, bu nəticələrin əldə etməsi üçün səylərimizi birləşdirək".

Infoteka.az