Türkiyənin məşhur müğənnisi Serdar Ortaç və tanınmış teleaparıcısı Mehmet Ali Erbil saxlanılıblar.
Bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən qanunsuz qumar oyunlarına təşviq iddiası ilə bağlı aparılan istintaq çərçivəsində sosial media fenomenləri və bəzi tanınmış şəxslərin də daxil olduğu 20 şübhəlinin kimliyini müəyyən edib. Bundan sonra hərəkətə keçən əməliyyat qüvvələri müəyyən edilmiş ünvanlara basqın edib. Əməliyyat zamanı S.Ortaç və M.A.Erbil də daxil olmaqla ümumilikdə 15 şübhəli şəxs saxlanılıb.
Polisin digər şübhəliləri yaxalamaq üçün başlatdığı əməliyyatlar davam edir.