ABŞ konqresmeni Maykl Uolts Donald Trampın andiçmə mərasimindən sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.
Bu barədə ABŞ prezident seçkilərinin qalibi Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.
“Konqresmen Maykl Uoltsun milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd göstərildiyini elan etmək şərəfinə sahibəm”, - Tramp yazıb.