Yasamalda kərpiclə hörülmüş divar ustanın üzərinə aşıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
İnfoteka.az report-a istinadən xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Xəqani Əliyev Əli oğlu usta kimi işlədiyi mənzilin hamam otağında söküntü işləri apararkən kərpiclə hörülmüş divar üzərinə aşıb və nəticədə ölüb
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.