Infoteka.az
Dünya

Polşa NATO zəmanəti olmadan MiQ-29-ları Ukraynaya vermək istəmir

Polşa vəd etdiyi MiQ-29 qırıcılarını NATO-dan Polşa səmasının qorunması üçün zəmanət almadan Ukraynaya verməyəcək.

Bu barədə ölkə başçısı Anjey Duda Varşavada Alyansın baş katibi Mark Rutte ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

“NATO-dan hava məkanının mühafizəsi ilə bağlı mütləq zəmanətimiz olana qədər biz təyyarələrimizi təhvil verə bilməyəcəyik, çünki burada təhlükəsizliyi təmin etmək üçün onlara ehtiyacımız var”, - Duda mətbuat konfransında deyib.

Infoteka.az