Bu gün UEFA Millətlər Liqasının VI turunun son oyun günündə Azərbaycan millisi İsveç seçməsi ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüş millimizin C liqasında qalması üçün son şansı olacaq.
Belə ki, Azərbaycan millisi İsveçlə görüşdə məğlub olacağı təqdirdə tarixində ilk dəfə D liqasına enəcək.
Qeyd edək ki, hazırda xalsız olan millimiz C liqasının 1-ci qrupunda sonuncu pillədə qərarlaşıb. Aktivində 13 xalı olan İsveç qrupun vahid lideridir. Slovakiya 10 xalla 2-ci, Estoniya dörd xalla üçüncüdür.
19 noyabr
UEFA Millətlər Liqası
C Liqası
Saat 23:45, İsveç - Azərbaycan.