Infoteka.az
İqtisadiyyat

“Bitcoin”in yüksəlişi

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair açıqlamaları fonunda “Bitcoin” bazar ertəsi günü yenidən bahalaşıb. Əsas kriptovalyutanın qiyməti 2,5 faiz artaraq erkən ticarətdə 91 834 dollara çatıb.

Bu isə Trampın 5 noyabrda qələbəsi xəbəri fonunda baş verən artımdan 20 faiz çox yüksəliş deməkdir.

Digər kriptovalyutalar da bazar ertəsi yüksəlişdə olub. Ethereum 2 faiz artaraq 3 124 dollara, Solana isə 4,1 faiz artaraq 253 dollara çatıb. Dogecoin isə 5,7 faiz artmaqla təxminən 38 sentə yaxınlaşıb.

Qeyd edək ki, Donald Trampın Səhiyyə və İnsan Xidmətləri Nazirliyinə namizədi Robert F. Kennedi şənbə günü X sosial şəbəkəsində Bitcoini “azadlıq valyutası” adlandıraraq yeni administrasiyanın rəqəmsal aktivlərə dəstəyini vurğulayıb.

Görəsən, Trampın prezident seçilməsindən sonra yenidən aktuallaşan kriptovalyutalar dünyada əsas tədavül vasitələrindən birinə çevriləcəkmi?

Mövcud vəziyyətdə kriptovalyuta bazarı inkişaf edib böyüyəcək, lakin o ödəniş vasitəsinə çevrilməyəcək:

“Trampın prezident seçkilərində qələbəsindən sonra kriptovalyuta bazarında da qiymətlər yüksəlir. Bu özünü o cümlədən bitkoinlərdə də göstərir. Belə vəziyyətin yaranmasının əsas səbəbi isə Trampın seçkiqabağı bəyanatında hökumətin kriptovalyutaya münasibətini dəyişəcəyilə bağlı verdiyi açıqlamasıdır.

O bildirdi ki, Amerika hökuməti kriptovalyuta ehtiyatı da yarada bilər. Buna maneələrə qarşı sərt davranış sərgiləyəcək. Kriptovalyutalara şübhə ilə yanaşan birja üzvlərini işdən çıxaracaq. Bu açıqlamalar onu göstərir ki, kriptovalyuta bazarı inkişaf edərək, böyüyəcək.

Lakin bu hələ o demək deyil ki, kriptovalyuta ödəniş vasitəsi olacaq. Tramp buna söz verməyib. Lakin bu bazarla bağlı iştirakçıların hüquqlarının qorunması, onlara qarşı təqiblərin azalacağı, həmin istiqamətdə qanunvericilik aktlarının qəbuluna söz verib. Belədə, kriptovalyuta bazarı inkişaf edəcək, amma onun ödəniş vasitəsinə çevrilməsi gündəmdə deyil”.

Infoteka.az