Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Donbasa yeni səfərinin mümkünlüyünü deyib.
Bu barədə Ria Novosti yazıb.
“Əlbəttə, mən belə səfərlərin daha çox olacağını istisna etmirəm... Prezidentimiz həmişə insanların yanındadır, onun qayğısına və köməyinə ehtiyacı olanların yanındadır”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, prezident Vladimir Putin bir müddət əvvəl Luqanska səfər edərək şəhəri gəzmişdi.
Siyasət