ABŞ BMT-nin Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. Halbuki, bu qətnamənin qəbulu Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsinə yardımçı ola bilərdi. Üstəlik, bu layihənin qəbulu Fələstin və İsrail arasındakı sülh prosesinin yenidən başlaması üçün mühüm addıma çevrilə bilərdi.
Lakin ABŞ yenə də öz ənənəsinə uyğun olaraq münaqişəni dəstəkləməyi seçdi.