Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ukrayna ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlərin görülməsi” ilə bağlı göstəriş verib.
Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.
O qeyd edib ki, ölkədəki vəziyyət Prezidentin birbaşa nəzarətindədir.
Onun sözünə görə, müvafiq qurumlara strateji və infrastruktur obyektlərin mühafizəsizilə bağlı göstərişlər verilib.