Rumıniyada prezident seçkilərində səsvermə başlayıb.
Dövlət başçısı postu uğrunda 13 namizəd mübarizə aparır.
Seçkilərin birinci turunda namizədlərdən hər hansı birinin qəlib gəlmək üçün yetərli səs toplaya bilməyəcəyi, dekabrın 8-də seçkilərin ikinci turunun keçiriləcəyi proqnozlaşdırılır. Seçkilərin birinci turunda ən çox səsi ifrat sağçı Rumıniya Birliyi Alyansının lideri Corc Simion və Rumıniya Sosial Demokrat Partiyasının (PSD) dəstəklədiyi hazırkı Baş nazir Marsel Çiolakunun toplayacağı, ikinci turda da məhz bu iki namizədin mübarizə aparacağı gözlənilir.
Qeyd edək ki, 38 yaşlı Corc Simion ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın qızğın tərəfdarıdır. O, Moldovanın Rumıniya ilə birləşmənin tərəfdarıdır.