Rusiya Ukraynanı “silahsızlaşdırmağa” çalışır və ABŞ-nin seçilmiş prezidenti Donald Trampın ətrafındakı bəzi insanlar Vladimir Putinin şərtləri ilə razılaşırlar.
Bunu Cons Hopkins Universitetinin baş elmi işçisi Peter Pomerantsev “The Guardian” üçün yazdığı məqaləsində bildirib.
“Tramp bu danışıqları Putin üslubunda necə aparacaq? Rusiya həmişə Kremlin faktiki siyasi nəzarəti altında silahsızlaşdırılmış Ukrayna tələb edib. Trampın ətrafında bununla razılaşa biləcək insanlar var, xüsusilə də əgər Rusiya Çinlə hərbi əlaqələrini kəsərsə”, – məqalədə deyilir.
Dünya