"Azərbaycanda “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanunla səlahiyyətli qurum dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən layihələrlə bağlı elektron məlumat bazası yaradacaq”.
İnfoteka.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
"İctimaiyyət də, dövlət nümayəndələri də, banklar da biləcəklər ki, hansı dövlət-özəl layihələri var. Bundan başqa, dövlət-özəl tərəfdaşlığı ilə həyata keçirilən layihələrin vəziyyəti ilə bağlı ildə bir dəfə hesabat hazırlanacaq”, - o qeyd edib.