Türkiyə enerji müstəqilliyi hədəfinə doğru irəliləyir.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə atılan addımlardan biri ölkənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyəcək “Akkuyu” AES-in istifadəyə verilməsi olacaq.
“70 illik arzumuz olan nüvə enerjisinə keçid layihəsini “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi sayəsində həyata keçiririk”, - Ərdoğan qeyd edib.