NATO münaqişə vəziyyətində Rusiyaya qarşı qabaqlayıcı zərbələri müzakirə edir.
Bu barədə NATO hərbi komitəsinin rəhbəri Rob Bauer məlumat verib.
“Gözləmək yox, Rusiya bizə hücum edərsə, onu vurmaq daha ağıllıdır. Bizə hücum etmək üçün istifadə edilən sistemləri sıradan çıxaracaq dəqiq zərbələrin kombinasiyası lazımdır və ilk növbədə biz zərbə endirməliyik”, - deyə NATO hərbi komitəsinin rəhbəri bildirib.
Bauer vurğulayıb ki, Alyans silah ehtiyatını artırmalı, hava hücumundan müdafiə və dəqiq zərbə sistemlərinə sərmayə qoymalıdır. Onun sözlərinə görə, bu, NATO-da yeni müzakirədir.
Dünya