Infoteka.az
İdman

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Türkiyə millisinin və İngiltərənin "Lester" klubunun futbolçusu Çağlar Söyüncü karyerasını İtaliyada davam etdirə bilər.

İnfoteka.az report-a istinadən xəbər verir ki, "İnter" 26 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Milan təmsilçisi qışda türkiyəli oyunçunu transfer etməyə çalışacaq.

Qeyd edək ki, Çağlar Söyüncü 2018-ci ildən "Lester"də çıxış edir.

Infoteka.az