İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlı bölmələri ilə keçirilən "Araz - 2024" birgə taktiki təliminin hazırlıq prosesi yekunlaşıb.
Bu barədə Azərbaycan MN məlumat yayıb.
Ssenariyə əsasən, şəxsi heyət təlim poliqonunda ərazi ilə tanış olub. Sonra keçirilən iclasda komandirlərin təlim üzrə məruzələri dinlənilib.
“Araz-2024” birgə taktiki təliminin növbəti mərhələsinə uyğun olaraq, hər iki ölkənin şəxsi heyəti təlim sahəsində məşqlərin icrasına başlayıb.