Ermənistanda səfərdə olan Polşa Prezidenti Andjey Duda Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyini vurğulayıb.
Duda Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla birgə mətbuat konfransında bildirib ki, “Polşa Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstək verməyə hazırdır”.
Polşa Prezidenti “münaqişələrin sülh yolu ilə həllinin həm Ermənistan, həm də Avropa regionu üçün prioritet olduğunu” da bildirib.