Infoteka.az
Siyasət

Vahid Əhmədov: "Birbaşa müqavilələr biznesə problem yaradır"

"Azərbaycanda tenderlərin keçirilməsi əvəzinə birbaşa müqavilələrnin bağlanılması biznesə problem yaradır".

İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.

"Tender nə üçündür? Bir neçə oyuncu öz təkliflərini verir. Hansı daha az maliyyə ilə daha yaxşı iş görəcəksə o, seçilir. Amma birbaşa müqavilə ilə digər oyuncuları prosesdən kənarlaşdırmaq olar", - deyə o, qeyd edib.

Infoteka.az