Infoteka.az
Dünya

BMT Təhlükəsizlik Şurasına sədrlik ABŞ-yə keçib

BMT Təhlükəsizlik Şurasına bir aylıq sədrlik Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ-yə keçib.

Bazar ertəsi BMT-nin mənzil-qərargahında ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild tərəfindən mətbuat konfransı keçiriləcək və bu konfransda dünya təşkilatının əsas strukturunun iclaslarının proqramı jurnalistlərə açıqlanacaq.

Qeyd edək ki, noyabrda sədrlik Böyük Britaniyada olub.

Infoteka.az