Infoteka.az
Siyasət

Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının Xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun Ətraf mühit naziri Viriato Kassama da daxildir. 

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Infoteka.az