Infoteka.az
Siyasət

İrakli Kobaxidze: "Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını sarsıdır"

Mən Avropa İttifaqının səfirinə xatırlatmaq istəyirəm – üzvlük danışıqlarına başlanılmasını masaya qoyun və mən onu bu gün imzalayım.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Avropaya inteqrasiya prosesini dayandırmırıq, Gürcüstanın 2030-cu ildə Avropa İttifaqına daxil olmasını təmin etmək üçün səylərimizi gücləndiririk. Bütün bunların fonunda Avropa İttifaqının səfirinin radikal müxalifətin və onun QHT-lərinin, media orqanlarının həyata keçirdiyi dezinformasiya kampaniyasına cəlb olunması utancverici və narahatedicidir. Belə hadisələr gürcü cəmiyyətinin Avropa bürokratiyasına inamını ciddi şəkildə sarsıdır”, - deyə Kobaxidze qeyd edib.

Infoteka.az