Ukrayna yaxın vaxtlarda Rusiya ilə danışıqlara və yekunda sülh müqaviləsi imzalamağa hazır olduğunu elan etməyi planlaşdırır.
Bu barədə yazı “The Wall Street Journal” nəşrində dərc olunub.
Müəllif həmçinin Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermakın bir müddət əvvəl Vaşinqtona səfəri zamanı yeni seçilmiş prezident Donald Trampın Seçki Qərargahının nümayəndələri ilə görüşdüyünü yazıb.
Qeyd edək ki, hələ seçki kampaniyası zamanı Ukrayna münaqişəsinə son qoymaq niyyətini açıqlayıb. Bundan sonra Ukrayna lideri Vladimir Zelenski D. Tramp vəzifəsinin icrasına başladığı andan ölkəsinə dəstəyin dayandırılacağı ilə bağlı narahatlığını bildirib.
Fərid Azəri