Infoteka.az
Dünya

Gürcüstan parlamentində "qırmızı təhlükəsizlik" səviyyəsi ləğv edilib

Gürcüstan parlamentində "qırmızı təhlükəsizlik" səviyyəsi ləğv edilib.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hazırda qanunverici orqanın binasında "sarı təhlükəsizlik" səviyyəsi tətbiq edilir.

Qaydalara əsasən, hazırda yalnız müxtəlif struktur bölmələri tərəfindən dəvət edilən şəxslərin komitə və plenar sessiyalarda iştirakı üçün binaya daxil olmasına icazə verilir.

Media orqanlarına isə yalnız bir akkreditasiyalı çəkiliş qrupu icazəsi verilir.

Infoteka.az