Infoteka.az
Siyasət

Assosiasiya prezidenti: Niderland Sen Martinə müstəqillik verilməsi ilə bağlı bütün çağırışları rədd edir

"2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu qərarla müstəmləkəçilik de-yure təsdiq olunurdu".

Bu fikirləri Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans zamanı təqdimatla çıxış edən "One Saint Martin" Assosiasiyasının prezidenti Rhoda Arrindell deyib.

O, 1627-1631-ci illərdə Fransa və Niderlandın işğalına məruz qalması ilə ada xalqına və onun ictimai-siyasi həyatına külli miqdarda ziyan vurulduğunu bildirib: "1994-cü ildə Fransa ilə Niderland arasında Sen Martin sərhədində birgə nəzarətin həyata keçirilməsi barədə razılaşma imzalandı. Son illər ərzində baş verən mühüm qlobal siyasi proseslər nəticəsində müstəmləkə xalqlarının müstəqillik ideyaları güclənməyə başlayıb. 2010-ci ilin oktyabrında Sen Martin ərazisi sözdə muxtar əyalət elan edilsə də, əslində bu, müstəmləkəçiliyin de-yure təsdiqi idi. Bizim indiyədək müstəmləkə şəraitində yaşamağımız bilavasitə Birləşmiş Millətlər Təşkilatının məsuliyyətidir. Həm Niderland hökuməti, bu hökumətin Baş naziri və Parlamenti beynəlxalq ictimaiyyətin adaya müstəqillik verilməsi ilə bağlı bütün çağırışlarını rədd edir".

Infoteka.az