2025-ci ildə ilk dəfə yeni formatda keçiriləcək klublarası FİFA dünya çempionatının püşkü atılıb.
Püşkatma mərasimi Mayami şəhərində keçirilib.
Mundialda 32 klub yarışacaq. Hərəsində 4 komanda olmaqla, kollektivlər 8 qrupa bölünüblər.
İlk dəfə bu sayda klubun iştirakı ilə keçiriləcək DÇ iyunun 15-dən iyulun 14-dək ABŞ-də təşkil olunacaq.
A qrupu: Palmeyras (Braziliya), Portu (Portuqaliya), Əl Əhli (Misir), İnter Mayami (ABŞ);
B qrupu: PSJ (Fransa), Atletiko (İspaniya), Botafoqo (Braziliya), Sietl Saunders (ABŞ);
C qrupu: Bavariya (Almaniya), Oklend Siti (Yeni Zelandiya), Boka Xunyors (Argentina), Benfika (Portuqaliya);
D qrupu: Flamenqo (Braziliya), Esperans (Tunis), Çelsi (İngiltərə), Leon (Meksika);
E qrupu: River Pleyt (Argentina), Urava Red Daymonds (Yaponiya), Monterrey (Meksika), İnter (İtaliya)
F qrupu: Fluminense (Braziliya), Borussiaya (Dortmund, Almaniya), Ulsan Hundai (Cənubi Koreya), Mamelodi Sandauns (Cənubi Afrika);
G qrupu: Mançester Siti (İngiltərə), Vidad (Mərakeş), Əl Əyn (Birləşmiş Ərəb Əmirlikləri), Yuventus (İtaliya);
H qrupu: Real (Madrid, İspaniya), Əl Hilal (Səudiyyə Ərəbistanı), Paçuka (Meksika), Zalsburq (Avstriya).
İdman