Koreya Respublikasında Prezident Yun Sok Yolun hərbi vəziyyət tətbiq etmə qərarı ətrafında siyasi qalmaqal alovlanır. Belə ki, ölkənin polis və prokurorluğu dövlət başçısının hərbi vəziyyət tətbiq etmək qərarına görə qiyam şübhəsi ilə bağlı araşdırma aparmaq üçün iki ayrı qrup yaradıb.
Bu barədə "Yonhap"a istinadən məlumat verir.
Bundan əvvəl deputatlar və fəallar bu hüquq-mühafizə orqanlarına prezidenti dövlət quruluşuna qarşı cinayət törətməyə cəhddə ittiham edən ərizələrlə müraciət ediblər.
Polis və prokurorluq bununla bağlı araşdırmaya başladıqlarını təsdiqləyiblər.