Infoteka.az
Sosial

DSMF-nin rəhbəri Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov Mərakeşdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Dünya Sosial Təminat Forumu çərçivəsində keçirilən iclaslarında beynəlxalq təşkilatın büro üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib.

Bu barədə İnfoteka.az-a Fonddan məlumat verilib.

Bildirilib ki, Avropa Şəbəkəsi İdarəetmə Komitəsinə Azərbaycanla yanaşı, 9 ölkənin (Türkiyə, Macarıstan, Polşa, Belçika, Fransa, Qazaxıstan, Niderland, Böyük Britaniya, İtaliya) müvafiq qurumlarının rəhbərləri də üzv seçilib.

Xatırladaq ki, BSTA 1927-ci ildə təsis edilib. 160-dan çox ölkənin 330-dək sosial təminat qurumunu özündə birləşdirən və dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.

Infoteka.az