ABŞ-nin hazırkı prezidenti Co Bayden Fransadakı Notr-Dam kilsəsinin açılış mərasimində iştirakdan imtina edib.
Bu barədə dekabrın 6-da Ağ Evin mətbuat katibi Karine Jan-Pyer məlumat verib.
Prezidenrt açılış mərasiminə öz yerinə həyat yoldaşı Cill Baydeni göndərib.
“Birinci xanım İtaliya, BƏƏ və Qətərin daxil olduğu geniş səfərinin bir hissəsi olaraq tədbirdə iştirak edəcək. Beləliklə, o, administrasiyanı təmsil edəcək. Onların hər ikisi Notr Damın açılışı üçün ora dəvət olunmuşdu”, - deyə Ağ Ev rəsmisi bildirib.
Baydenin bu qərarının onun proqramında görüləcək işlərinin çoxluğu ilə bağlı olduğu bildirilir.