FIFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır.
Qapıçıların topu əlində çox saxlaması onlara baha başa gələcək. Bu barədə "The Times" nəşri məlumat yayıb.
Yeni qaydaya görə, qolkiper 8 saniyədən artıq topu əlində saxlasa, rəqib komanda korner qazanacaq.
İngiltərədə U-21 liqalarında və Maltada təcrübədən uğurla keçən sistemin bütün dünyada tətbiq ediləcəyi gözlənilir. Bu qayda vaxt uzadılmasının qarşısını alır və oyunun sürətini artırır.
İdman