Infoteka.az
Dünya

Trüdo üçüncü dəfə etimadsızlıq səsverməsindən yayınıb

Kanada parlamentinin İcmalar Palatası Baş nazir Castin Trüdonun hökumətinə etimadsızlıq səsverməsinin keçirilməsi təşəbbüsünü dəstəkləməyib.

Təşəbbüsü İcmalar Palatasının 152 üzvü dəstəkləyib, 180-i isə əleyhinə çıxıb.

Qeyd edək ki, "Ipsos" şirkətinin keçirdiyi sorğuya əsasən, ölkə sakinlərinin üçdəikisindən çoxu Kanadanın Baş naziri Castin Trüdonun istefasını istəyir. Kanadada növbəti parlament seçkisi 2025-ci ilin oktyabrına təyin edilib.

Infoteka.az