Infoteka.az
Siyasət

Polşanın Baş naziri: Ukrayna ilə bağlı sülh danışıqları bu qış başlaya bilər

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üzrə sülh danışıqları bu qış başlaya bilər.

Bu barədə Polşanın Baş naziri Donald Tusk hökumətin iclasında deyib.

Varşavanın münaqişənin sona çatmasında aparıcı rol oynamağa çalışdığını vurğulayan Baş nazir Ukraynadakı müharibə ilə bağlı sülh danışıqlarının bu qış başlaya biləcəyini bildirib.

Baş nazir bildirib ki, Varşava yanvarın 1-də Avropa İttifaqına sədrlik edəcəyi zaman istənilən danışıqlarda fəal iştirak edəcək.

Infoteka.az