“Qarabağ” Avropa Liqasının “Elfsborq”la oyununa üç itki ilə çıxacaq.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Öncədən zədəli olan Aleksey İsayev, Kevin Medina və oyunun hazırlığı zamanı zədələnən Bəhlul Mustafazadə sabahkı görüşü buraxacaqlar.
İsayev qasıq nahiyəsindən əməliyyat olunub, Medinaya baldır əzələsinin gərilməsi diaqnozu qoyulub. Mustafazadədə isə bud arxa əzələsinin gərilməsi üzündən təxminən 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, “Elfsborq” – “Qarabağ” matçı dekabrın 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.